İcazələrin elektron informasiya portalı
İcazənin adı:

Obyektlərin istismara qəbulu və fəaliyyətinin razılaşdırılması barədə rəy.

İcazənin adı

Obyektlərin istismara qəbulu və fəaliyyətinin razılaşdırılması barədə rəy.


Əlavə məlumat

Sanitariya norma və qaydalarının tələblərinə əməl edilməsinə nəzarət.


İcazənin verilməsinə görə ödənişin məbləği

Laboratoriya müayinələri nəzərə alınmadan obyektlərdə müayinə aparılıb rəyin verilməsi (1 saat hesabı ilə) – 4,0 manat.


İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)

10 gün-1 ay.


İcazənin qüvvədə olma müddəti

Müddətsiz.


İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

1. Ərizə (hüquqi şəxs olduqda məktub);
2. Hüquqi şəxsin dövlət qeydiyyatı şəhadətnaməsi və Nizamnaməsi;
3. Ərizədə qeyd olunan obyekt üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə) təsdiq edən şəhadətnamənin və texniki pasportun surəti;
4. Təsdiq edilmiş eskiz sxeminin surəti;
5. Obyektin profili, görülən işlərin və xidmətlərin adı, buraxılan məhsulların xüsusiyyətləri haqqında arayış;
6. İstismara qəbul haqqında akt.


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)

”Sanitariya epidemioloji salamatlıq haqqında” 10.11.1992 tarixli 371 nömrəli Azərbaycan Respublikasının Qanunu.


"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ