Əcnəbilərin Naxçıvan Muxtar Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün fərdi icazə verilməsinə rəy.
Əcnəbilərin Naxçıvan Muxtar Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün fərdi icazə verilməsinə rəy.
İcazənin verilməsinə görə ödənişin məbləği
500 manat.
İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)
5 gün.
İcazənin qüvvədə olma müddəti
1 il.
İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
1. ərizə;
ərizədə aşağıdakılar öz əksini tapmalıdır;
hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı;
fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı);
əcnəbinin adı, atasının adı, soyadı, vətəndaşlığı, daimi yaşayış yerinin ünvanı, doğulduğu tarix və ölkə, cinsi, ixtisası, son beş ildə əmək fəaliyyəti haqqında məlumat, işləyəcəyi vəzifə və iş yerinin ünvanı.
2. Əcnəbi işçinin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
3. Nəzərdə tutulan hər bir iş yeri üçün əcnəbi işçinin cəlb edilməsi zəruriliyini əsaslandıran arayış;
4. Naxçıvan Muxtar Respublikası ərazisində başqa əsaslarla olan əcnəbinin Naxçıvan Muxtar Respublikası ərazisində qalmasına hüquq verən müvafiq sənədin surəti.
5. İşəgötürən:
Hüquqi şəxs olduqda - hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətləri;
Fiziki şəxs olduqda - fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədinin və fiziki şəxsə verilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətləri;
6. Əcnəbinin sağlamlığı, o cümlədən siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yoluxucu xəstəliklərin daşıyıcısı olmaması haqqında tibbi arayış;
7. Əcnəbinin şəxsiyyətini təsdiq edən sənədin surəti.
İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)
Naxçıvan Muxtar Nazirlər Kabinetinin “Əcnəbinin Naxçıvan Muxtar Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi Qaydaları” haqqında 30 sentyabr 2010-cu il tarixli 84 nömrəli Qərarı.