Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış
Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış
İcazənin verilməsinə görə ödənişin məbləği
50-60 manat.
İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)
20 gün.
İcazənin qüvvədə olma müddəti
Müddətsiz.
İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı:
Qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər;
Qanuni qüvvəyə minmiş məhkəmə qərarları;
Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;
Qanunvericilikdə nəzərdə tutulan digər əsaslar;
Hüquqların dövlət qeydiyyatı üçün yuxarıda göstrilən əsaslardan biri;
Ərizə;
Torpaq sahəsinin planı və ölçüsü;
Torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi;
Dövlət rüsumunun ödənilməsi barədə qəbz;
Müayinə aktı.
İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)
Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikasının Qanunu 29.06.2004. №713-IIQ