İcazələrin elektron informasiya portalı
İcazənin adı:

Depozit sertifikatlarının buraxılışının qeydiyyata alınması barədə şəhadətnamə.

İcazənin adı

Depozit sertifikatlarının buraxılışının qeydiyyata alınması barədə şəhadətnamə.


Əlavə məlumat

Emitent tərəfindən qiymətli kağızların buraxılışı hüququnun əldə edilməsi.


İcazənin verilməsinə görə ödənişin məbləği

1100 manat.


İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)

15 gün.


İcazənin qüvvədə olma müddəti

Qiymətli kağızların yerləşdirilməsi müddəti ərzində.


İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

1.Depozit sertifikatlarının buraxılışının qeydiyyata alınması üçün ərizə;
2.Kredit təşkilatının müvafiq səlahiyyətlərə malik olan orqanın sertifikatların buraxılması haqqında qərar;
3.Kredit təşkilatının nizamnaməsinin notarial qaydada təsdiq edilmiş surəti, tə’sis müqaviləsinin surəti;
4.Sertifikatların buraxılış şərtləri;
5.Sertifikat blankının nümunəsi;
6.Bank əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş lisenziyanın notarial qaydada təsdiq edilmiş surəti;
7.Axırıncı hesabat dövrü üzrə mühasibat balansı;
8.Xarici valyutada əməliyyatların aparılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş lisenziyanın notarial qaydada təsdiq edilmiş surəti;
9.Kredit təşkilatının son hesabat dövrü üzrə hesablanmış məcburi iqtisadi normativləri;
10.Auditor tərəfindən təsdiq edilmiş, son maliyyə ili üzrə hesabat;
11.sertifikatların dövlət qeydiyyatı üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)

1. “Kredit təşkilatlarının depozit sertifikatları haqqında” Əsasnamənin 3.2-ci bəndi.
QKDK tərəfindən təsdiq edilmişdir:
Tarix:15 fevral 2000-ci il,
Əmr № 029.


"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ