Fevral ayının ilk həftəsindən başlayaraq Türkiyə Respublikasının müxtəlif şəhərlərində “IMOB 2012- 8. Mobilya” sərgisi, “WIN (world of Industry) Faz-I” sərgisi, “İF wedding fashion İzmir-6. Gelinlik, Damatlıq ve Abiye Geyim” sərgisi, “Anfaş Food Product-19. Uluslararası qida ixtisas” sərgisi keçirilmişdir.
İstanbul şəhərində təşkil edilən “IMOB 2012-8. Mobilya” sərgisində muxtar respublikada fəaliyyət göstərən “BELLİSSA” MMC-nin nümayəndələri Turhan Koroğlu, Hüseyn Öndağ, Süleyman Karataş, Halil İbrahim Karataş, Bellissa AVM-in müdiri İlahə Hüseynova, Bellissa AVM-in nümayəndəsi Ləman Məmişova və “Vətən” Mebel salonunun Müdiri İmaməli Hüseynov, “WIN(world of Industry) FAZ-I” sərgisində isə “Dizayn” MMC-nin nümayəndəsi Əsgər Seyidov, “Naxçıvan Duz İstehsalı” MMC-nin nümayəndəsi Nikbin Məmmədov tədbirlərdə iştirak etmiş, brendlərin reklamı və yeni tərəfdaşların tapılması məqsədi ilə qarşı tərəfə muxtar respublikada istehsal olunan məhsullar haqqında geniş məlumat verilmişdir.
İzmir şəhərində yüksək səviyyədə keçirilmiş və 200-ə yaxın firmanın istehsal etdikləri geyimlərin böyük maraqla nümayiş etdirildiyi “İF wedding fashion İzmir-6. Gelinlik, Damatlıq ve Abiye Geyim” sərgisində Mömünəxatun moda evinin müdiri Sevinc Abbasova və Fəxrəddin Məmmədov iştirak etmiş, bu sektorun gəlirli sahə olduğu nəzərə alınaraq yeni modellərin muxtar respublikada dizayn edilməsi nəzərdə tutulmuşdur.
Antalya şəhərində ənənəvi olaraq keçirilən beynəlxalq əhəmiyyətli “19. Uluslararası qida ihtisas fuarı” da sahibkarlarımız üçün uğurlu olmuşdur. Tədbirdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən şirkətlərin istehsal etdiyi ixracyönlü məhsulların sərgilənməsi üçün stend qurulmuş və 28 növdə qida məhsulu sərgilənmişdir.
Tədbirdə muxtar respublikada fəaliyyət göstərən “Hilal” ət və ət məhsulları MMC-nin direktoru Fikirət Əliyarov, “MM” Ət və ət məhsullarının emalı müəssisəsinin direktoru Ziyafət Məmmədov, “Naxçıvan Duz İstehsalı” MMC-nin direktoru Anar Əsədullayev, “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” MMC-nin direktoru Həsən Məmmədov , “Fərda” Şirniyyat sexinin direktoru Zamiq Səfərov , “Nur Qida” marmalat və dondurma istehsalı müəssisəsinin direktoru Razim Rzayev, Babək “Sirab” ASC-nin satış müdiri Nəbi Rəhimov, “Asnı” Balıqçılıq təsərrüfatının satış müdiri Seymur Abbasov və “Gəmiqaya Mineral sular” MMC-nin satış müdiri Mircəlal Seyidov iştirak etmişdir.
Plastik kütlədən hazırlanmış qida məhsulları qablaşdırmaq üçün taraların, şüşə vitrinlər və qablaşdırma ləvazimatların, soyuq və isti içkilər üçün bardaqların, yeni makaron və pasta avadanlıqlarının, tarix yazma makinası alınması üzrə “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” MMC-nin, duz istehsalı və tarix vurma avadanlığının alınması üzrə “Naxçıvan Duz İstehsalı” MMC-nin, Sirab suyunun kimyəvi analizi və suyun tərkibində olan arsenikin miqdarının təyini və onun Avropa standartlarına uyğunlaşdırılması üçün lazımi olan avadanlıqların, bitkisəl yağların və xammallarının alınması üzrə Babək “Sirab” ASC-nin, Ət və ət məhsullarının istehsalı üzrə komponent, qablaşdırma üçün xammal və ləvazimatların idxalı üzrə “MM” müəssisəsinin nümayəndələri ilə aidiyyəti şirkətlərin nümayəndələri arasında qarşılıqlı fəaliyyət istiqamətində ilkin razılaşmalar əldə etmişlər.
Tədbirdə muxtar respublikada istehsal olunan məhsullardan mineral su, duz, halva, alma sirkəsi, çay və bitki çayları, vafli, meyvə nektarı, şərab və meyvə araqları, kolbasa, balıq konservası və şirniyyat nümunələri sərgilənmiş, müəssisələrin CD və katoloqlarından ibarət hədiyyəliklər tədbir təşkilatçılarına və ikili görüşmələrdə qarşı tərəfin nümayəndələrinə təqdim edilmişdir.
Bazar ertəsi, 16 Aprel 2012