İcazələrin elektron informasiya portalı
Xəbərlər


Sahibkarlıq subyektlərinin nümayəndələri növbəti sərgidə iştirak ediblər

Cari ilin 10-13 aprel tarixlərində Türkiyə Respublikasının Mersin şəhərində 6-cı Mersin Beynəlxalq Qida, Qida Texnologiyaları və Paketləmə sərgisi keçirilmişdir. Qida sektorundakı son texnoloji inkişafları, yeni texnologiyaları tətbiq etməklə qida məhsullarında əldə olunmuş keyfiyyətləri öyrənmək məqsədilə təşkil olunan sərgidə Türkiyənin yerli firmaları ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən 140-a yaxın şirkət öz məhsul, avadanlıq və texnologiyalarını nümayiş etdirmişdir.

 

Tədbirdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərindən Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin, “MM” ət və ət məhsulları emalı müəssisəsinin, “Ləzzət Qida Sənaye”, “Şərur-3”, “Nur Qida” Məhdud Məsuliyyətli cəmiyyətlərinin nümayəndələrinin iştirakı təmin olunmuşdur.

 

Nümayəndə heyəti sərgi çərçivəsində təşkil olunmuş ikili görüşlərdə tərəf müqabilləri ilə müxtəlif görüşlər keçirmiş, sərgidə qida sənayesi üzrə nümayiş olunan müasir istehsal, paketləmə avadanlıqları və texnologiyaları ilə tanış olmuşlar. Keçirilən görüşlər, əsasən, tanışlıq xarakteri daşımış və gələcək mümkün əməkdaşlıq üçün qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə yönəldilmişdir.

 

Sərgidə iştirak etmiş sahibkarlıq subyektlərinin nümayəndələri son texnologiyalara əsaslanaraq muxtar respublikamızda istehsal etdikləri məhsullar barədə müəssisələrin  CD və kataloqlarından ibarət  təşviqat materiallarını iş adamlarına təqdim etmişlər.


Cümə axşamı, 19 Aprel 2012

"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ