İcazələrin elektron informasiya portalı
Xəbərlər


Azərbaycan-Rusiya İşgüzar Görüşündə muxtar respublikadakı sahibkarlıq subyektlərinin nümayəndələri də iştirak etmişdir

Bakı şəhərində Azərbaycan-Rusiya işgüzar görüşü olub. Tədbirdə Azərbaycanın dövlət rəsmiləri ilə yanaşı, maşınqayırma, səhiyyə, tikinti, sənaye, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 40-dan çox şirkətin nümayəndəsi iştirak edib. Rusiya federasiyası da bu tədbirdə rəsmi şəxslərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları ilə təmsil olunub.

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş işgüzar görüşə muxtar respublikadakı sahibkarlıq subyektlərinin nümayəndələri də qatılıblar.

Tədbirdə “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının, “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının, “Dizayn Holdinq” Şirkətlərinin İttifaqının Bakı filiallarının,  “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Babək “Sirab” ASC-nin nümayəndələri iştirak ediblər.

İkitərəfli görüşlərdə iş adamları arasında iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə olunub.


Cümə axşamı, 19 May 2016

"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ