İcazələrin elektron informasiya portalı
Xəbərlər


Biznes Forumda muxtar respublikamız da təmsil olunub

       Mayın 16-da Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Serbiya Biznes Forumu keçirilmişdir. Tədbirdə hər iki ölkənin rəsmi şəxsləri ilə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maşınqayırma, metal emalı, telekommunikasiya, mebel, turizm və sair sahələrdə fəaliyyət göstərən iş adamları da iştirak etmişlər.

       Ölkədə yaradılmış biznes mühiti və investisiya imkanları muxtar respublika sahibkarlarının da işgüzar görüş və biznes forumlarda iştirakına şərait yaratmışdır. Tədbirdə muxtar respubliakdakı sahibkarlıq subyektlərindən “Nəqşicahan Holdinq” LTD Şirkətlər Qrupunun, “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının, “Dizayn Holdinq” Şirkətləri İttifaqının, “Ləzzət Qida Məhsulları”, “Araz Holdinq LTD”, “Avanqard” Mebel LTD, “Prestij Naxçıvan-Pivəsi”, Babək “Şərab-2 Yeddilər ASK”, “Naxçıvan Duz İstehsalı”, “Məmmədtağı”, “Kırna” və “Çınqıllı-Bulaq” Məhdud Məsuliyyətli cəmiyyətlərinin, eləcə də “Alt Trikotaj”, Babək “Sirab”, Culfa “Karbon Qazı Zavodu” Açıq Səhimdar cəmiyyətlərinin və “Nicat NM” Elmi İstehsalat, “MM” Ət və Ət Məhsulları müəssisələrinin nümayəndələri iştirak etmişlər.

       Forum çərçivəsində biznes qurumlar ilə iş adamları arasında bir sıra ikitərəfli görüşlər keçirilmiş, iqtisadi əlaqələrin inkişaf etdirilməsi, eləcə də perspektiv əməkdaşlıq imkanları haqqında qarşılıqlı müzakirələr aparılmışdır.


Çərşənbə, 23 May 2012

"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ