İcazələrin elektron informasiya portalı
Xəbərlər


Çin-Azərbaycan Biznes Forumunda Naxçıvan nümayəndə heyəti də iştirak etmişdir

Azərbaycanın və Çin Xalq Respublikasının müvafiq qurumlarının təşkilatçılığı ilə iyunun 12-də Pekində, iyunun 15-də isə Quançjouda Çin-Azərbaycan Biznes Forumu keçirilmişdir. Biznes forumda Azərbaycan və Çin tərəfindən rəsmi şəxslərlə yanaşı, bank, sığorta, sənaye, tikinti, şərabçılıq, arıçılıq, bağçılıq və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın iş adamı iştirak etmişdir.

Biznes forumda Naxçıvan Muxtar Respublikasının nümayəndə heyəti də qatılmışdır. Tədbir iştirakçılarına muxtar respublikamızın sosial-iqtisadi inkişafı, biznes, investisiya mühiti və rentabelli investisiya layihələri barədə ətraflı məlumat verilmiş, çinli iş adamları müxtəlif xidmət sahələri üzrə fəaliyyət göstərməyə dəvət olunmuşlar.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərindən “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı, “Dizayn Holdinq” Kommersiya Şirkətlər İttifaqı və “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri daxil edilmişdilər.

Biznes forum çərçivəsində Naxçıvan iş adamları Çin iş adamları ilə perspektiv əməkdaşlıq sahələrində bir sıra səmərəli görüşlər keçirilmiş, konkret layihələr ətrafında müzakirələr aparılmışdır. Müzakirələrin nəticəsində “Naxçıvan Avtomobil Zavodu” tərəfindən avtomobillərin ehtiyat hissələri və aksesuarlarının istehsalı və satışı sahəsində birgə investisiya qoyuluşu haqqında ilkin razılaşmalar əldə olunmuş, “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən infrastruktur layihələrin icrası, inşaat materiallarının istehsalı və alternativ enerji mənbələrindən istifadə üzrə müasir qurğuların tətbiqi və “Dizayn Holdinq” Kommersiya Şirkətlər İttifaqı tərəfindən süni çəmən istehsalı, metal emalı sahəsində lazerli qurğuların alınması üzrə danışıqlar aparılmışdır.


Bazar ertəsi, 25 İyun 2012

"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ