İcazələrin elektron informasiya portalı
Xəbərlər


Sahibkarların maarifləndirmə tədbirləri davam edir

Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin tədris zalında Naxçıvan Biznes Mərkəzinin təşkilatçılığı ilə sığorta və sığorta fəaliyyəti haqqında sahibkarlıq subyektlərinin  məlumatlılıq səviyyəsini artırmaq, diqqəti bu sahəyə cəlb etmək məqsədilə sahibkarlar üçün  maarifləndirici treninq keçirilmişdir.

Muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələrinin və Biznes Mərkəzi əməkdaşlarının iştirak etdikləri treninqdə Dövlət Baş Sığorta Agentliyinin aparıcı mütəxəssisi Sədi İsmayılovun “Dövlət idarə və təşkilatlarında sığortanın təşkili” mövzusunda məruzəsi dinlənilmişdir.

Tədbirdə dövlət sığortası sisteminin fəaliyyəti, sığorta sistemi və onun təşkili, sığortanın funksiyaları, növləri, sahibkarlıq risklərinin sığortası, kommersiya risklərinin sığortası, sığortaçının gəlirləri, xərcləri, maliyyə nəticələri və digər məsələlər slayd vasitəsilə izah olunmuş, iştirakçılar maraqlandıran suallar cavablandırılmışdır.


Çərşənbə, 11 İyul 2012

"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ