İcazələrin elektron informasiya portalı
Xəbərlər


Satıcılar üçün kurs təşkil olunmuşdur

16-27 iyul 2012-ci il tarixlərində Naxçıvan Biznes Mərkəzi tərəfindən İqtisadi İnkişaf  Nazirliyinin tədris zalında “Pərakəndə və topdansatış ticarət obyektlərində müvafiq işçilərin mövcud ticarət qaydalarını öyrənməsi” istiqaməti üzrə satıcılara 10 günlük qısamüddətli təkmilləşdirmə kursu təşkil olunmuşdur.

Kursun proqramında bu gün aktual olan satıcı etikası, ticarət psixologiyası, reklam, onun mahiyyəti, növləri, əmtəə, onun istehlak dəyəri, ərzaq mallarının təsnifatı, ərzaq mallarının keyfiyyəti, alıcı-satıcı münasibətləri, əmtəələrin markalanması və qablaşdırılması, əmtəələrin saxlanması rejimi, əmtəələrin keyfiyyət ekspertizası, satış yerinin təşkili, malların qaytarılması və ya dəyişdirilməsi üsulları, malların düzülüşü, təqdim olunması, obyektdə sanitariya qaydaları, ticarət, iaşə və xidmət sahəsində qüvvədə olan qaydalar və onların icrası üzrə məsuliyyət kimi məsələlər əksini tapmışdır.

Qeyd edək ki, təlim kursunda  muxtar respublikada fəaliyyət göstərən müxtəlif ticarət obyektlərində çalışan 20 satıcı iştirak etmiş, onların hər birinə “Ticarət qaydaları” adlı vəsiqələr təqdim olunmuşdur.

Məlumat üçün qeyd edək ki, Naxçıvan Biznes Mərkəzi tərəfindən avqustun 1-dən 14-dək satıcılar üçün növbəti təlim kursu təşkil edilmişdir


Cümə, 03 Avqust 2012

"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ