İcazələrin elektron informasiya portalı
Xəbərlər


Macarıstan-Azərbaycan biznes forumu keçirilmişdir

Azərbaycan Respublikasının rəsmi şəxslərindən və iş adamlarından ibarət nümayəndə heyəti Macarıstanda səfərdə olmuşdur. Səfər çərçivəsində oktyabrın 8-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun və Macarıstanın İnvestisiyalar və Ticarət üzrə Agentliyinin təşkilatçılığı ilə Macarıstan-Azərbaycan biznes forumu keçirilmişdir. Tədbirdə Azərbaycan və Macarıstan tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, səhiyyə, maliyyə, tekstil, tikinti, İKT və s. sahələrdə fəaliyyət göstərən 130-a yaxın iş adamı iştirak etmişdir.

Biznes forum ticarət əlaqələrinin inkişafında, iş adamları arasında işgüzar əlaqələrin genişlənməsində, həmçinin yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadığından foruma Naxçıvan Muxtar Respublikasının nümayəndə heyəti də qatılmışdır.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərindən “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının və “Prestij-Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri daxil edilmişdir.

Macarıstanın dövlət katibi Peter Siyarto və Milli İqtisadiyyat naziri Derd Metolçi ilə görüşlərində kənd təsərrüfatı, infrastruktur, tikinti və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparmışdır. Biznes forumda “Prestij Naxçıvan Pivəsi” MMC ilə Macarıstan Respublikasının “Horton Malt” şirkəti arasında ümumi dəyəri 677.400 Avro olan 1300 ton pivə səmənisi və 2500 kq maya otu (1 il müddət ərzində) muxtar respublikaya idxalı haqqında müqavilə imzalanmışdır.

Biznes forum zamanı iş adamları arasında ikitərəfli görüşlər də keçirilmişdir.


Çərşənbə axşamı, 16 Oktyabr 2012

"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ