İcazələrin elektron informasiya portalı
Xəbərlər


Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri Biznes Forumuna muxtar respublikanın nümayəndə heyəti də qatılmşdır

14 noyabr 2012-ci il tarixdə Bakı şəhərində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun və Dubay Sənaye və Ticarət Palatasının təşkilatçılığı ilə Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri Biznes Forumu keçirilmişdir. Tədbirdə kənd təsərrüfatı, qida, sənaye, tikinti, təhsil, aviasiya, yük daşınmaları, turizm, ticarət, metallurgiya, tullantıların idarə edilməsi, tekstil kimi sahələrdə fəaliyyət göstərən 160-dan çox iş adamı iştirak etmişdir. Biznes forumda Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk nümayəndəliklərindən birinin Bakıda açılmasının ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı və ticarət dövriyyəsinin artırılması baxımından əhəmiyyəti, Birləşmiş Ərəb Əmirliklərində həyata keçirilən layihələrdə Azərbaycan şirkətlərinin iştirakı, birgə investisiya fondlarının təşkili, həmçinin turizm və sənaye parkları sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu diqqətə çatdırılmışdır. Adıçəkilən tədbirdə muxtar respublikamızda müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin - “Cahan Holdinq” Kommersiya Şirkətlərinin İttifaqının, “Dizayn Holdinq” Kommersiya Şirkətləri İttifaqının, “Ləzzət Qida Sənaye” Мəhdud Мəsuliyyətli Cəmiyyətinin, “Alt Trikotaj” Аçıq Səhmdar Cəmiyyətinin, “Sarar” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Əlincə Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Kırna” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayənədələri iştirak etmişlər. Biznes forum çərçivəsində hər iki ölkənin biznes və investisiya imkanlarına dair təqdimatlar edilmiş, iş adamlarımız və Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamları arasında bir sıra ikitərəfli görüşlər keçirilmiş, iqtisadi əlaqələrin inkişaf etdirilməsi, eləcə də perspektiv əməkdaşlıq imkanları barəsində qarşılıqlı müzakirələr aparılmışdır.


Çərşənbə, 29 Oktyabr 2014

"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ