İcazələrin elektron informasiya portalı
Xəbərlər


Naxçıvanlı sahibkarlar biznes forumda iştirak ediblər

Noyabrın 28-də Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-Latviya Biznes Forumu keçirilmişdir. Tədbirdə maliyyə, inşaat və inşaat materialları, qida sənayesi, kənd təsərrüfatı, maşınqayırma, nəqliyyat, turizm, sənaye, əczaçılıq, metallurgiya, liman və logistika, ticarət, plastik və şüşə qablaşdırma və digər sektorları təmsil edən Latviyadan 70, Azərbaycan tərəfindən isə 150 şirkətin təmsilçiləri iştirak etmişlər.

Biznes forumda muxtar respublikamız müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlarla təmsil olunmuşdur. Tədbirdə “Gəmiqaya Holdinq Şirkətlər İttifaqı”nın, “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Cahan Holdinq Kommersiya Şirkətlərinin İttifaqı”nın, “Dizayn Holdinq Şirkətlər İttifaqı”nın, Babək “Sirab” Açıq Səhimdar Cəmiyyətinin və "Əlincə Qala" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri iştirak etmişlər.

Forumda iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlər keçirilmişdir. Görüşlərdə muxtar respublika nümayəndələri Latviya şirkətlərindən internet və reklam sahəsində ixtisaslaşmış “Amplofy” MMC, “KNC” MMC və “İT pakalpojumi” MMC, süd məhsulları idxalçısı “Piena cels” koporativi və Fiziki şəxs “Jaunpils Pienatava”, Qara metallurgiya, metal emalı, polad, dəmir istehsalı məhsulları və xammal nəqliyyat sahəsində ixtisaslaşmış “Liepajas metalurgs” şirkəti, Avtomobil yolları, piyada keçidləri, küçə və körpülərin tikintisi ilə məşğul olan “Projekts 3” MMC və Avtomobil yağları istehsalı ilə məşğul olan “United Oils”un şirkət nümayəndələri ilə perspektiv əməkdaşlıq imkanları haqqında qarşılıqlı müzakirələr aparmışlar.


Çərşənbə, 12 Dekabr 2012

"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ