İcazələrin elektron informasiya portalı
Xəbərlər


Bakı Biznes Mərkəzində “Azərbaycan - Niderland Biznes Forumu” keçirilmişdir

Niderland krallığı parlamentinin senatoru Rene van der Lindenin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri çərçivəsində Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 23 aprel 2014-cü il tarixdə Bakı Biznes Mərkəzində “Azərbaycan - Niderland Biznes Forumu” keçirilmişdir.

Tədbirdə rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, tikinti, təhsil, logistika, İKT, su təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən 170-dən çox iş adamı ,o cümlədən muxtar respublikada fəaliyyət göstərən “Naxçıvan Biznes Mərkəzi” MMC-nin və “Naxçıvan Duz İstehsalı” MMC-nin nümayəndələri iştirak etmişlər.

Forum çərçivəsində keçirilmiş ikili görüşlər zamanı “Naxçıvan Duz İstehsalı” MMC-nin nümayəndəsi qazıntı və dibdərinləşdirmə işləri üzrə ixtisaslaşmış “Royal Boskalis Westminster” şirkətinin xarici əlaqələr üzrə meneceri ilə görüşmüş və şirkətlər arasında əməkdaşlıq imkanları müzakirə olunmuşdur.


Cümə, 06 İyun 2014

"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ