Xəzəryanı ölkələrin dövlət başçılarının 4-cü Sammiti çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 29 sentyabr 2014-cü il tarixdə Rusiya Federasiyasının Həştərxan şəhərində “Rusiya-Azərbaycan-İran- Qazaxıstan-Türkmənistan beş tərəfli Biznes Forumu” keçirilmişdir. Tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, kimya sənayesi avadanlığı, elektroenergetika, mühəndis tədqiqat işləri, İKT və digər sahələrdə fəaliyyət göstərən 250-dən çox iş adamı, o cümlədən muxtar respublikada fəaliyyət göstərən “Ordubad Qənnadı Məmulatları” MMC-nin direktoru Emin Məmmədov iştirak etmişdirlər. Forum çərçivəsində keçirilmiş görüşlər zamanı muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyekti bir sıra Türkmənistan və Qazaxıstan iş adamları ilə danışıqlar aparmış və əməkdaşlıq imkanlarını müzakirə etmişdir.
Çərşənbə, 29 Oktyabr 2014