İcazələrin elektron informasiya portalı
Xəbərlər


Azərbaycan - Vyetnam biznes forumu keçirilmişdir

Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanqın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 14 may 2015-ci il tarixdə Bakı şəhərində Azərbaycan-Vyetnam Biznes Forumu keçirilmidir.

 

 “Four seasons” mehmanxanasında keçirilmiş forumda hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, neft-qaz, enerji, maliyyə və  bank, kənd təsərrüfatı, sənaye, ticarət, tikinti, İKT, logistika, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən 170-ə yaxın iş adamı iştirak etmişdir.

 

Həmçinin Muxtar respublikadan İqtisadiyyat və Sənaye Nazirliyinin sektor müdiri Orxan Abdinovun rəhbərliyi ilə sahibkarlıq subyektlərindən “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının direktoru Vüqar Abbasov, “Dekor Qrup” MMC-nin direktoru Ələddin Allahverdiyev, “Naxçıvan Avtomobil Zavodu” MMC-nin direktoru Musa Abdullayev, Babək “Şərab-2 Yeddilər ASK” ММC-nin direktoru Paşa Nəsirov iştirak etmişdirlər.

 

Forum çərçivəsində iki tərəfli görüşlər zamanı İqtisadiyyat və Sənaye Nazirliyinin sektor müdiri O. Abdinov idxal-ixrac fəaliyyəti ilə məşğul olan “Quanq Ninh İmport Export” şirkətinin müavini Nguyen Van Binh və ticarət sahəsində fəaliyyət göstərən “New West Asian Trading Construction products” şirkətinin direktoru Nguyen An Lap ilə görüşmüşdür. Görüş zamanı muxtar respublikada istehsal olunan ixrac yönümlü məhsullar, onların Vyetnam bazarında tanıdılması və qarşılıqlı ticarət əlaqələrinin yaradılması barədə müzakirələr aparılmışdır. Xarici qonaqlara muxtar respublikanın investisiya imkanları və ixrac potensiyalını əks etdirən, həmçinin şirkətlər haqqında tanıdım materialları (kitablar, broşyurlar) təqdim olunmuşdur.

 

 “Dekor Qrup” MMC-nin direktoru Ə. Allahverdiyev ofis avadanlıqları istehsalı ilə məşğul olan “Nguyen Quan Corporation” şirkətinin nümayəndəsi, “Naxçıvan Avtomobil Zavodu” MMC-nin direktoru M. Abdullayev isə yük daşımaları ilə məşğul olan “Avina Logistic“ şirkətinin rəhbəri ilə görüşmüş və əməkdaşlıq imkanları barədə müzakirələr aparmışlar.

 


Çərşənbə, 20 May 2015

"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ