Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tavfiq Favzan Alrabiahın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 15 may 2015-ci il tarixdə Bakı şəhəri Heydər Əliyev Mərkəzində II Azərbaycan - Səudiyyə Ərəbistanı Biznes Forumu keçirilmişdir.
Hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, İKT, logistika, turizm, konsaltinq, neft-kimya, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 300-dən çox iş adamı iştirak etmişdir.
Həmçinin muxtar respublikadan forumda İqtisadiyyat və Sənaye Nazirliyinin sektor müdiri Orxan Abdinov və sahibkarlıq subyektlərindən “Dekor Qrup” MMC-nin direktoru Ələddin Allahverdiyev iştirak etmişdirlər.
Forum çərçivəsində iki tərəfli görüşlər zamanı İqtisadiyyat və Sənaye Nazirliyinin sektor müdiri Orxan Abdinov qida məhsullarının distribyusiyası ilə məşğul olan “Alrai Food İndustries” və “Wafra Food Products” şirkətlərinin nümayəndələri ilə görüşmüşdür. Görüş zamanı muxtar respublikada istehsal olunan ixrac yönümlü məhsullar, o cümlədən mineral sular və qida məhsulları haqqında məlumat verilmiş, qarşılıqlı ticarət əlaqələrinin yaradılması barədə müzakirələr aparılmışdır. Xarici qonaqlara muxtar respublikanın investisiya imkanları və ixrac potensiyalını əks etdirən, həmçinin şirkətlər haqqında tanıdım materialları (kitablar, broşyurlar) təqdim olunmuşdur.
“Dekor Qrup” MMC-nin direktoru Ə. Allahverdiyev mebel avadanlıqlarının istehsalı ilə məşğul olan “Riyadh furniture industries” şirkətinin nümayəndəsi ilə görüşmüş və əməkdaşlıq imkanları barədə müzakirə aparmışdır.
Çərşənbə, 20 May 2015