İran İslam Respublikasının Mədəniyyət, Əl işləri və Turizm Təşkilatının dəstəyi ilə 10-15 iyun 2015-ci il tarixlərdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərinin Beynəlxalq Sərgi Mərkəzində Dördüncü Beynəlxalq Əl İşləri Sərgisi keçirilmişdir.
Sərgidə dünyanın müxtəlif yerlərindən 450-dən çox nümayişçi öz məhsullarını nümayiş etdirmişdir. Sərgidə Naxçıvan Muxtar Respublikasından “Naxçıvan Biznes Mərkəzi” MMC-nin nəzdində fəaliyyət göstərən Xalq Yaradıcılıq Emalatxanasının ustaları Akif Həsənov və Afət Əhmədovanın 25 adda əl işləri nümayiş olunmuşdur.
Sərgi zamanı muxtar respublika sənətkarlarının əl işləri maraqla qarşılanmış, nümayəndə heyətinin sənət əsərləri yerli kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.
Xalq Yaradıcılıq Emalatxanasının ustaları Akif Həsənov və Afət Əhmədova sərginin təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulamış, təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirərək müsbət təəssüratlarla muxtar respublikaya geri qayıtmışlar.
Cümə axşamı, 18 İyun 2015