30 sentyabr 2015-ci il tarixdə Yekaterinburqdakı Beynəlxalq Sərgi Mərkəzində VI Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilimişdir.
Regionlararası forumda Azərbaycandan geniş nümayəndə heyəti ilə iştirak edib.
Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyinin və Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş VI Rusiya-Azərbaycan Regionlararası Foruma muxtar respublika sahibkarlarının iştirakıda da təmin edilmişdir.
Tədbirdə muxtar respublika sahibkarlıq subyektlərindən Babək “Sirab” ASC-nin direktoru, “Ordubad Qənnadı Məmulatları” MMC-nin direktoru, “Alt Trikotaj” ASC-nin direktoru və “Dizayn Holdinq” Şirkətlər İttifaqının nümayəndəsi iştirak etmişdir.
Tədbirdə “Sirab” ASC-nin direktoru ticarət sahəsində fəaliyyət göstərən “БЕСТ” şirkətinin nümayəndəsi ilə muxtar respublikada istehsal olunan “Sirab” mineral suyunun Yekaternburq şəhərinə ixrac olunması, “Ordubad Qənnadı Məmulatları” MMC-nin direktoru kənd təsərrüfatı məhsulları satışı sahəsində fəaliyyət göstərən ООО “Агросойл” şirkətinin direktoru ilə müəssisədə istehsal olunan məhsulların gələcəkdə Yekaternburq şəhərində satışı, “Alt Trikotaj” ASC-nin direktoru ticarət sahəsində fəaliyyət göstərən “Елисей” şirkətinin satış müdiri ilə müəssisədə istehsal olunan məhsulların Rusiyada satışının təşkili sahəsində danışıqlar aparmışlar.
VI Rusiya-Azərbaycan Regionlararası Forumu öz işini “dəyirmi masa”larla davam etdirib. Rusiya-Azərbaycan Gənclər Forumu, habelə ekspertlərin “Rusiya-Azərbaycan: ikitərəfli dialoqun inkişafında yeni meyillər, iqtisadiyyat, siyasət, inteqrasiya” mövzusunda görüşü, sənaye sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı, Rusiya ilə Azərbaycan arasında kənd təsərrüfatı, nəqliyyat, turizm, humanitar əlaqələr sahələrində ikitərəfli əməkdaşlığın inkişafı və başqa mövzularda “dəyirmi masa”lar keçirilib.
Forum işini yekun plenar iclası ilə davam etdirib.
Bazar ertəsi, 12 Oktyabr 2015