İcazələrin elektron informasiya portalı
Xəbərlər


Naxçıvanlı sahibkarlar biznes forumda iştirak ediblər

Noyabrın 26-27 İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Minskdə Belarus-Azərbaycan biznes forumu keçirilmişdir. Tədbirdə rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, İKT, tikinti, turizm, maliyyə və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak etmişdir.

 

Biznes forumda Azərbaycan və Belarus arasında əməkdaşlığın uğurla inkişaf etdiyi, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğu, siyasi-iqtisadi əməkdaşlığın genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin, keçirilən yüksək səviyyəli görüşlərin əhəmiyyəti diqqətə çatdırılmışdır. Tədbir çərçivəsində iş adamları arasında iqtisadi əlaqələrin və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi ikitərəfli görüşlər keçirilmiş, nümayəndə heyəti maşınqayırma, aqrar, əczaçılıq müəssisələrinin və sənaye parkının fəaliyyəti ilə tanış olunmuşdur.

 

Adıçəkilən tədbirdə Naxçıvan Muxtar Respublikasını “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının direktoru, həmin şirkətin Bakı ofisinin nümayəndəsi və “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının direktoru təmsil edib.

Forum çərçivəsində keçirilmiş ikili görüşlər zamanı “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının rəsmiləri Belarus Respublikasında fəaliyyət göstərən “Belqos Pishe Prom”, “Grodno Pishe Prom”, “Vitebsky Likerovochniy Zavod” “BTK Construction”, “Belaruskiy Len” və “Belselkhozmash” şirkətlərinin nümayəndələrilə, “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının direktoru müxtəlif şirkət rəsmiləri ilə görüşlər keçirmiş və əməkdaşlıq imkanlarına dair danışıqlar aparmışdırlar.


Cümə, 11 Dekabr 2015

"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ