İcazələrin elektron informasiya portalı
Xəbərlər


Sorğu

“Naxçıvan Məhsulları” MMC 2016-cı il üçün tələb olunan ərzaq məhsullarının alınması üçün təkliflər sorğusu elan edir:

Təşkilat sorğusu 14 (on dörd) lot üzrə keçirilir.

Lot 1. Çörək

Lot 2. Ət və ət məhsulları

Lot 3. Unlu və qənnadı məmulatları

Lot 4. Meyvə və tərəvəz məhsulları

Lot 5. Süd və süd məhsulları

Lot 6.Təbii meyvə şirəsi və mineral sular

Lot 7. Təmli mallar

Lot 8. Bitki və kərə yağları

Lot 9. Ədviyyatlar

Lot 10. Dənli məhsullar

Lot 11. Yumurta

Lot 12. Mürəbbə və cemlər

Lot 13. Konservləşdirilmiş məhsullar

Lot 14. Qurudulmuş meyvələr

Sorğu iştirakçıları öz təkliflərini möhürlənmiş şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər. Təkliflər sorğusunda iştirak etmək istəyənlər hər lot üzrə 30,00 (otuz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürməlidirlər.

Bank rekvizitləri.

“Naxçıvan Bank” ASC

Bank kodu:  5 0 5 1 5 2

VÖEN: 0200432771

Müxbir hesab : AZ 18 NABZ 01350100000000090944

S.W.I.F.T NAX BAZ 22

“Naxçıvan Məhsulları” MMC-nin rekvizitləri.

Naxçıvan şəhəri Maliyyə şöbəsi

Hesab nömrəsi:

AZ61NAXB38060000008968000AZN

VÖEN:0200739591

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Bütün idiaçılar sorğuda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-Sorğuda iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvan, poçt indeksi, telefon nömrəsi. rəhbərin adı, soyadı göstərilməklə möhürlənmiş və imzalanmış olmalıdır);

-sorğuda iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);

-iddiaçının son bir il (əgər daha az müddətdə fəaliyyət göstərirsə bütün fəaliyyət müddətində) maliyyə vəziyyəti haqda bank arayışı;

-işləri yerinə yetirmək üçün analoji işlərdə təcrübəsi, iddiaçının  potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat, məhsulun istehsalı üçün tələb olunan xammalın və ya hazır məhsulun tədarükü üçün digər tərəflərlə bağlanmış müqavilənin təsdiq olunmuş surəti;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydasında təsdiq edilmiş surəti);

Qeyd olunan sənədləri təqdim etməyən və ya sənədləri tələblərə uyğun olmayan iddiaçıların təklifləri qəbul edilmir.

İddiaçılar tələb olunan sənədləri bir nüxsədə, təkliflərini isə iki nüxsədə (əsli və surəti) 17 may 2016 çı il tarixədək saat 1700-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə “Naxçıvan Məhsulları” MMC-yə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan və ya göndərilən təkliflər qəbul olunmayaraq geri qaytarılacaqdır.

Təkliflər sorğusu zərfləri 23 may 2016-cı il tarixdə saat 1400-da “Naxçıvan Məhsulları” MMC-də açılacaq.

Təkliflər sorğusu “Dövlət Satınalmalar haqqında”qanunun tələblərinə uyğun keçiriləcəkdir. Təkliflər sorğusu haqqında əlavə məlumatları aşağıdakı unvandan  almaq olar.

 

Naxçıvan şəhəri Ə.Qəmküsar küçəsi “Naxçıvan Məhsulları” MMC

Əlaqələndirici şəxs; Namiq Əhmədov

əlaqə telefonu;  (055) 285 70 10

                          (060) 540 10 22


Cümə axşamı, 12 May 2016

"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ