İcazələrin elektron informasiya portalı
İcazənin adı:

Tikinti layihələrinə dair dövlət ekspertizasının rəyi.

İcazənin adı

Tikinti layihələrinə dair dövlət ekspertizasının rəyi.


Əlavə məlumat

Qüvvədə olan tikinti norma və qaydalarına uyğun olmayan, insanların həyatı, sağlamlığı və əmlakı üçün təhlükəli binaların və qurğuların tikilməsinin və istifadəsinin qarşısının alınması.


İcazənin verilməsinə görə ödənişin məbləği

Ödənişsiz.


İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)

30 gündən – 45 günədək (ümumi müddət – 25 iş gününədək, obyektin təyinatından və layihənin mürəkkəbliyindən asılı olaraq – 50 iş gününədək, kommersiya obyektləri üçün – 20 iş gününədək).


İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

Müraciət məktubu;
Tikinti işlərinin aparılması üçün müvafiq sərəncamın surəti;
Layihələndirmə işlərinin aparılmasına xüsusi razılığın (lisenziyanın) surəti;
Fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin surəti;
Obyektin işçi layihəsi;
Dövlət büdcəsindən maliyyələşən obyektlər üzrə smeta sənədləri;
İşçi layihənin aidiyyəti orqanlar ilə razılaşdırılmaları.


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)

1. Nazirlər Kabinetinin 22 oktyabr 1992-ci il tarixli, 572 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində müəssisə, bina və qurğuların tikintisi üçün layihələrin (iş layihələrinin), habelə texniki-iqtisadi əsaslandırmaların (TİƏ) və texniki-iqtisadi hesablamaların (TİH) ekspertizasının aparılması, təsdiq və yenidən təsdiq edilməsi Qaydası”.
2. Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmuş “Tikinti layihələrinin dövlət ekspertiza edilmə qaydası haqqında Təlimat”.


"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ