İcazələrin elektron informasiya portalı
İcazənin adı:

Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə (Ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar) icazə verilməsi.

İcazənin adı

Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə (Ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar) icazə verilməsi.


Əlavə məlumat

Ozon qatına zərərli təsirlərin qarşısının alınması.


İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)

15 gün.


İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı

Ərizə;
Müraciət edən hüquqi və ya fiziki şəxsin rekvizitləri;
İdxal–ixrac əməliyyatları üçün qarşı tərəflə müqavilə;
Malın gömrük-tranzit qaiməsi (gömrük kodu göstərilməklə).


İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)

1.Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli, 292 nömrəli Fərmanı.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 may 2006-cı il tarixli, 120 nömrəli Qərarı.


"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ