Mənşə sertifikatı.
Mənşə sertifikatı.
İcazənin verilməsinə görə ödənişin məbləği
Mənşə sertifikatının verilməsinə görə dövlət rüsmunun məbləği - 20 manat;
malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza xidmətlərinə görə xidmət haqqı - ixrac olunan məhsulun miqdarından (çəkisindən) və ya məbləğindən asılı olaraq dəyişir.
İcazənin verilməsinə tələb olunan günlərinin sayı (müddət tələb olunan sənədlər icazəni verən icra orqana təqdim edildiyi gündən hesablanır)
3 gün.
İcazənin qüvvədə olma müddəti
1 il.
İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
Ərizə;
sifarişçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamənin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
sifarişçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surəti;
sifarişçi ilə alıcı arasında bağlanmış müqavilənin surəti (olduğu halda);
qaimə-fakturanın (invoysun) surəti;
ixrac olunan məhsulun ilkin xammalının, yarımfabrikatın yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialların alınmasını təsdiq edən müqavilə və ya başqa təsdiqedici sənədlərin surəti;
ixrac olunan məhsulun ilkin xammalı, yarımfabrikatı, yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialları xarici ölkə mənşəli olduğu təqdirdə, emal nəticəsində malın xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası (XİF ƏN) üzrə mövqeyində ilk dörd rəqəmdən ən azı birinin səviyyəsində dəyişmənin olması və ya advalor pay qaydası tətbiq olunduğu hallarda istifadə olunmuş materialların dəyərinin göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar sənədlər;
mənşə sertifikatının verilməsinə görə dövlət rüsumunun ödənilməsi haqqında qəbzin surəti.
İcazənin hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 noyabr 2007-ci il tarixli 190 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malın mənşə ölkəsinin təyin edilməsi Qaydası”.
2.Azərbaycan Respublikasının 04 dekabr 2001-ci il tarixli 223-IIQ nömrəli "Dövlət rüsumu haqqında" Qanunu.
3. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 09 nömrəli Qərarı.